KİTABLARI





“Çağ Öyrətim” Şirkətinin “Araz” Ali Təhsilə Hazırlıq Kurslarının ingilis dili üzrə dərs vəsaitinin genişləndirilmiş nəşri (həmmüəllif), Bakı, Araz Yayınları, 2002. 










“Ön və Orta Asiya türklərinin tarixinə dair dörd anonim mənbə” (tərcüməçilər: C.Bayramlı, V.Zifəroğlu), Bakı, Nurlan, 2003, 200 səh. Kitabda müəllifləri naməlum olan və Azərbaycan dilində nəşr olunmamış dörd tarixi mənbə -- “1722-1736-cı illərin erməni anonim xronikası”, “Şəcərət əl-Ətrak” (Türklərin şəcərəsi), “Kitab Hüdud əl-Aləm min əl-məşriq ila-l-məğrib” (Dünyanın şərqdən qərbə doğru sərhədləri barədə kitab) və “Əcaib-əd-dünya” (Dünyanın qəribəlikləri) əsərləri tərcüməçilərin işləyib-hazırladıqları izahlar və şərhlərlə təqdim olunur. 


“Hanı dediyim bəy ərənlər”, Bakı, Nurlan, 2005, 62 səh. Kitabda Azərbaycanda bəyzadəliyin tarixinə ekskurs edilir, xalqımızın əsilzadəlik meyarları tarixi hadisələr fonunda təhlil olunur, xalqın adət-ənənələrində və deyimlərində, şifahi xalq yaradıcılığında və ədəbiyyatımızda olan əsilzadəliklə bağlı elementlərə toxunulur. 



Aygün Həsənoğlu, “In Armenian captivity” (Erməni əsirliyində), (ingiliscəyə tərcümə edəni: Ceyhun Bayramlı), Bakı, Adiloğlu, 2009. Kitabda erməni əsirliyində olmuş şəxslərin şahid ifadələrinə yer verilmiş, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir sıra faktlar sadalanmışdır. Əsər QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə xarici ölkələrdə yayılmaq məqsədilə nəşr olunmuşdur. 




“Dastan ədəbiyyatımıza kənar təsirlər”, Bakı, Kitab Aləmi, 2010, 320 səh. Kitabda Azərbaycan xalq dastanlarının məzmununa müxtəlif dövrlərdə edilmiş süni əlavələr, dəyişikliklər, çeşidli saxtakarlıq nümunələri və s. üzə çıxarılaraq tarixi faktların köməyi ilə təkzib olunur, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin gerçək məzmunu və mahiyyəti ilə bağlı fikirlər irəli sürülür.




“Babək və hürrəmilik” (yalanlar və gerçəklər), Bakı, Kitab aləmi, 2011, 445 səh. Kitabda IX yüzilliyin I yarısında Azərbaycanda baş qaldırmış hürrəmilər hərəkatına, bu hərəkatın öndəri Babək Hürrəminin həyat və mübarizəsinə, eləcə də, hərəkatın dini-ideya mahiyyətinə ənənəvi tarixşünaslığın baxışlarından fərqli yeni mövqe nümayiş etdirilir, Hürrəmilik ideyaları İslami nöqteyi-nəzərdən təhlil olunur, Azərbaycan xalqının IX əsrdə milli dövlətçilik məfkurəsinə dair yeni fikirlər irəli sürülür.


“Təhrif edilmiş tarix: Babək və Hürrəmilər olduğu kimi”, Bakı, Elm və Təhsil, 2014, 255 səh. Kitabda Azərbaycan milli dövlətçilik tarixində ilk dəfə Hürrəmilər dövlətinin mövcud olması haqda konkret faktlar sadalanır, Babəkin öndəri olduğu bu hərəkatın tarixinə dair çoxaylı mənbə məlumatlarına yer verilir, Hürrəmiyyə cərəyanının dini-fəlsəfi dünyagörüşü İslami baxış prizmasından təhlil edilir, eləcə də, Hürrəmilər hərəkatı dönəmində erməni-hayların fəaliyyəti və Babəkin onlara qarşı yürütdüyü siyasətlə bağlı yeni faktlar təqdim olunur.


Ceyhun Bayramlı, Vüqar Zifəroğlu. "Azərbaycan hökmdarları: Səfəvilər" (Azərbaycanca və ingiliscə). Bakı, Nurlan, 2015, 256 səh. Kitabda Azərbaycan tarixinin ən möhtəşəm dövrü olan Səfəvi-Qızılbaş dövlətinin hökmdarlarının həyat və fəaliyyəti işıqlandırılmış, Səfəvi sülaləsinin hökmdar nümayəndələrinin avtobioqrafik məlumatları geniş təqdim olunmuşdur.





Anar Turan, Ceyhun Bayramlı. "On yeddi illik mücadilə: Azərbaycanda bolşevik işğalına qarşı milli müqavimət hərəkatı. 1920-1937". Bakı, QHT Şurası Nəşriyyatı, 2016, 256 səh. Kitabda Azərbaycan Cümhuriyyətinin süqutundan sonrakı iyirmi il ərzində Azərbaycanın müxtəlif bölgələrində bolşevik işğalına qarşı baş vermiş silahlı üsyanlar və geniş xalq kütlələrinin müqavimət hərəkatı əks olunmuş, sovet dövründə "xalq düşməni" kimi tanıdılmış bir çox tarixi şəxsiyyətlərimizin - milli ziyalıların, din xadimlərinin, Azərbaycan ordusu zabitlərinin, qaçaqların kommunist hökümətinə qarşı apardıqları qeyri-bərabər mübarizə müxtəlif arxiv sənədləri və faktlar əsasında təhlil olunmuşdur.


Джейхун Байрамлы. "Движение Хуррамитов в Российской и советской историографии". (Rus dilində). ISBN: 978-613-4-96363-3 Lambert Academic Publishing, 2018, 62 стр. Kitabda  IX əsrin əvvəlində Azərbaycanda ərəb xilafətinə qarşı baş qaldırmış Xürrəmilər hərəkatının tarixi ilə əlaqədar çar Rusiyası dövründən başlayaraq sovet dövründə və müasir Rusiya Federasiyasının tarixçi-alimləri tərəfindən də davam etdirilmiş araşdırma və tədqiqat işləri barədə geniş məlumat verilir, rus-sovet tarixçilərinin hərəkatın tarixi ilə bağlı fikirləri özünün müsbət və mənfi cəhətləri ilə birlikdə təhlil olunur. Kitab Avropa ölkələri və MDB məkanında yayılmaq üçün nəşr olunmuşdur. 

Комментариев нет:

Отправить комментарий