суббота, 4 января 2014 г.

8 MART – QADINLAR GÜNÜ YOXSA YƏHUDİLƏRİN PURİM BAYRAMI?


“Ey kitab əhli, nə üçün bilə-bilə
haqqa yalan donu geyindirir və
doğrunu gizlədirsiniz?”              

(Ali-İmran surəsi, 71-ci ayə).     

     "8 mart" tarixinin 1910-cu ildə Kopenhagen şəhərində keçirilən kommunist qadın internasionalının toplantısında "beynəlxalq qadınlar günü" elan olunması ideyası, çoxlarına məlumdur ki, Klara Setkin (Eysner) adlı yəhudi qadına məxsusdur. Bu qadının yaşam tarixçəsindəki əxlaqdankənar həyat tərzini və bir çox digər müəmmalı məqamları bir kənara qoyaraq bu yazıda sırf 8 mart gününün tarixi barədə gerçəkləri dəyərli oxuculara təqdim etmək, araşdırmalar nəticəsində ortaya çıxan bir sıra incə mətləblərlə onları tanış etmək istəyirəm.


Rus pravoslav keşişi Andrey Kurayev (Andrey Ata kimi tanınır) özünün “İnsanı necə antisemitə çevirirlər?” adlı kitabında qeyd edir ki, 8 mart tarixinin ilk dəfə “qadınlar günü” kimi elan olunduğu 1910-cu ilin 8 mart tarixi yəhudilərin Purim bayramı günü ilə üst-üstə düşürdü (yəhudi təqvimi ilə 14-15 Adar günlərinə təsadüf edən Purim bayramı milad təqvimi ilə yerini dəyişir, 2009-cu ildə bu bayram martın 9-na təsadüf edirdi). Adət üzrə yəhudilərdə bu bayram fevralın son həftəsi və martın ilk ongünlüyü aralığına düşür. Müəllif haqlı olaraq bildirir ki, beynəlxalq qadınlar günü kimi niyə məhz 8 mart tarixinin seçilməsinin hətta kommunist-bolşevik düşüncəsi ilə də normal izah tərzi yoxdur. Həmin tarixdə dünyaya səs salan və sırf qadınlarla bağlı olan hansı bir hadisə baş verib, bilinmir. Bu tarixdə yalnız Sileziya toxucularının tətilə çıxmasından danışmaq olar ki, bunu da şişirdib dünya səviyyəsində mühüm tarixi hadisə kimi təqdim etmək sadəcə olaraq absurddur və anormal düşüncənin məhsuludur. Dünya tarixinə səs sala biləcək hər hansı bir hadisə baş verməyibsə, yaxud mühüm əhəmiyyət kəsb edən bir səbəb yoxdursa, niyə bu qadınlar günü kimi martın 7-si, 9-u, 11-i və yaxud yazın gəlişini ifadə edən 22 mart tarixləri yox, məhz 8 mart tarixi seçilməliydi? Deməli, burda məsələnin daha dərində yatan tərəflərinə diqqət yetirmək lazımdır. Klara Setkin adlı bolşevik yəhudi, göründüyünə görə, bu tarixi heç də təsadüf nəticəsində təklif etməyib.

A.Kurayev “şadyanalıq bayramı” mənasını verən Purim bayramının yəhudilərdə qadın ağlını və millətin özünümüdafiə haqlarını simvolizə etdiyini yazır. Yəhudilərin tarixi ənənəsinə görə, Purim bayramı günündə müxtəlif karnaval kostyumları geymək, deyib-gülmək, əylənmək, sinaqoqlarda müqəddəs kitabların oxunuşunda iştirak etmək və əlindəki “şax-şax” (treşotka) adlı uşaq oyuncağına bənzər səs-küylü aləti hərlətmək gərəkdir. Yəhudi kişiləri isə həmin gün bacardıqları qədər çox içki içməlidirlər. Hətta yəhudilərin fikrincə, “gələcəkdə əksər bayramlar sıradan çıxsa da, Purim bayramı olduğu kimi qalacaq.”

Bəs Purim bayramı yəhudilərdə nə vaxtdan bəri qeyd olunur? Bu bayramla “qadınlar günü” təklifinin hansı əlaqəsi var? Niyə sinaqoqlarda “müqəddəs mətnlər”in oxunuşu zamanı Aman adlı insanın ismi çəkilən zaman yəhudilər ayaqlarını yerə döyür və şax-şaxlarla səs-küy salırlar? Yəhudilərin bu dərəcədə nifrət və qəzəbinə tuş gəlmiş Aman adlı adam kim olub görəsən? Bu ayinlər zamanı “Mordehayın ruhu şad olsun” deyimi kimi ifadə edir? Bu sualların cavabını eradan əvvəl 480-ci il hadisələrində aramaq lazım gəlir.

Kir (Koroş) e.ə.549-cu ildə Babil 
yəhudilərini qəbul edərkən. 
Fransız rəssamın əsəri.
E.ə.550-ci ildə Azərbaycan Maday dövlətində hakimiyyəti Babil yəhudilərinin pulları hesabına ələ keçirən Kir yəhudilərə hər cür ixtiyar verərək onların Babil sürgünündən qurtulub Qüdsə və İsrailə dönmələrinə şərait yaratmış, Maday xəzinəsindən onlarla karvan qızılı və ləl-cəvahiratı onlara vermişdi. Lakin yəhudilərin böyük bir qismi geriyə dönmədi, əldə etdikləri var-dövlətlə İkiçayarasında yaşamağa davam etdilər. Burda onların rahat yaşayışı, güclü ticarət dövriyyəsi və gəlir mənbələri vardı. Vaxtilə cuhut beyinlərinə hakim kəsilmiş sürgündən azad olma düşüncəsinin yerini artıq pula, var-dövlətə olan hərislik tutmuşdu. İkiçayarasını ələ keçirən perslər bölgədə gözlədiklərinin əksinə olaraq rahat hərəkət edə və ticarət dövriyyəsinə hakim ola bilmədilər. Və perslərlə Babil yəhudiləri arasında tədricən narazılıq dalğası yaranmağa başladı. Tövratın bir hissəsi hesab olunan “Esfir” kitabı bu hadisələrdən geniş söhbət açır.

Əhəməni hökmdarı
Kserksin portreti.
E.ə.480-ci ildə İkiçayarasında yəhudilərin əlindən üstün mövqelər əldə edə bilməyən perslər Əhəməni hökmdarı Kserksə durumu anlatmağı qərara aldılar. Əhəməni ordusunun sərkərdəsi Aman (və ya Haman) Kserksin yanına gedərək onu Babil yəhudilərini qırmağın vaxtı çatdığına inandırır (Esfir kitabı, 3:13). Kserksin saray əyanı, yəhudi Mardohey (və ya Mordehay) Kserksin arvadı olan, yəhudi mənşəli olduğunu məharətlə gizlədə bilmiş (Esfir kitabı, 2:20) Esfirin atalığı və tərbiyəçisi idi. Bu yəhudi qızına kişiləri ələ almaq üsullarını incəliklərinə qədər məhz Mordehay öyrətmiş, onun Kserksə getməsinə nail olmuşdu. Kserksin Babildə qalan yəhudiləri qırıb-çatmaq barədə fərman verməsinə imkan verməmək üçün Esfir hökmdarın ona olan aşırı sevgisindən istifadə etməyi qərara alır. Onun Hamanı da dəvət edərək təşkil etdiyi böyük içki məclisində Esfir işi elə düzüb-qoşur ki, hökmdar Kserks Hamanı Esfirin əyləşdiyi hücrənin içinə yıxıldığı yerdə görür və qısqanclığından ağlını itirən Kserks Hamanın öldürülməsini əmr edir (Esfir kitabı, 7:8, 8:7). Hökmdardan Amanın bütün ailəsini məhv etmək səlahiyyəti alan Esfir nəinki Kserksi yəhudiləri qırmaq fikrindən daşındırır, hətta beyni dumanlanan hökmdar yəhudilərə qarşı çıxan hər kəsin ölümünə fərman verilməsini Esfirə və Mardoheyə tapşırır. Yəhudi təqvimi ilə 13 Adar tarixində (milad təqvimi ilə martın əvvəlinə düşür) imperiyanın 127 vilayətinə Mardoheyin və Esfirin tərtib etdiyi hökmdar fərmanı yetişir, fərmanda yəhudilərə özlərini müdafiə etmək, onlara qarşı çıxan hər kəsi ailəliklə məhv etməyə və əmlakına sahib çıxmağa icazə verildiyi qeyd olunmuşdu (Esfir kitabı, 8,8-11). İki gün ərzində vilayət hakimləri və satraplar hökmdar fərmanını icra edərək yəhudiləri qorumaqla qalmır, onlara silah və ixtiyar verərək istədikləri addımları atmalarına şərait yaradırlar. “Yəhudilər özlərinin bütün düşmənlərini qadınına, qocasına, uşağına baxmadan qırıb-çatdılar və onlarla istədikləri rəftarı etdilər” (Esfir kitabı, 9,3-5). 75 minədək pers öldürüldü, ən varlı perslərin bütün var-dövlətləri isə yəhudilərin əlinə keçdi. Bu zəfəri yəhudilər hər il 15 Adar tarixində təmtəraqla qeyd etməyi qərara aldılar.



Ester və Mordehayın məqbərəsi. Həmədan şəhəri.

Purim bayramında yəhudilərin “birnəfəsə” adlı bir adəti var, ayinlər zamanı Esfirin əmri ilə Amanın eyni vaxtda dara çəkilmiş on övladının adları birnəfəsə çəkilir. Bu bayramda hazırlanan şirniyyatlar da diqqəti cəlb edir – “ozney Aman” (Amanın qulağı) adlanan xüsusi hazırlanmış üçkünc şirniyyatı hər kəs yeməlidir. Həmçinin, “Amantaşen” (Amanın cibləri) adı verilən içi doldurulmuş peçenyelər onu yeyən yəhudilərə 13-15 Adar hadisələrində zəngin perslərin var-dövlətinə necə sahib çıxdıqlarını xatırladır.


Amanın ismi ilə bağlı yəhudi şirniyyatları.

Beləliklə, xatırlanan tarixi hadisələrə baxış fonunda söyləmək olar ki, 1910-cu ilin 8 Mart (yəhudilərə görə 15 Adar) tarixinin “beynəlxalq qadınlar günü” elan olunması təklifi ilə çıxış edən Klara Eysner (Setkin) adlı məxluq əslində bu təklifi özü kimi məkrli qadının - Əhəməni hökmdarı Kserksin arvadı yəhudi Esfirin şərəfinə vermişdir. Və əslində yüz ildir ki, bəşəriyyət bu həqiqəti bilmədən 8 mart yalanı ilə aldadılır.



  



Ester və Kserksə həsr olunmuş rəsm əsərləri.



11.02.2012-ci il.

1 комментарий:

  1. Çox sağ olun Ceyhun müəllim. Bu məlumat mənim üçün yenilik oldu. dərin və mənalı tədqiqatdır. İcazənizlə paylaşmaq istərdim.

    ОтветитьУдалить