среда, 21 января 2015 г.

MÜRGÜLƏYƏN YADDAŞIMIZDAN - "KOR ŞEYTANIN" KİMLİYİ




   "Lənət sənə, kor şeytan..." Babalarımızın çətin anlarda, tələsik və hirsli başla qərar vermək məqamında səbrini basıb lənətlədiyi bu "kor şeytan" nəyin simgəsidir görəsən? Bu məsəlin kökü hardan gəlir? Kimdir, nəyi bildirir "kor şeytan"? Dədələrimiz heç zaman boş yerə söz söyləməyib, boşluğu hədəfə almayıb.Kor şeytanı hədəfə alıbsa, var bir bildiyi.

------------------------------------------------------------------------------------------------------------------
                                                               "Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanla-
                                                                rını yeyin, Şeytanın izi ilə getməyin. Həqiqətən, o sizinlə
                                                                açıq-aşkar düşməndir. O, sizə ancaq pis və murdar işlər
                                                                görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər"
                                                                (Qurani-Kərim, Bəqərə surəsi, 168-169-cu ayələr).


Dədələrimizin genlərindən uzaq düşmüş, onların yolunu, düşüncəsini, əqidəsini demək olar ki unutmuş bir toplumuq bu gün. Başına gələn hər müsibətdə özünü görməyib, Allahı suçlu bilən bir toplum. İş böylə ikən, hardan biləcəyik dədələrimizin hər adımda lənət oxuyub düşmən gördüyü "kor şeytanın" kimliyini?


İxtilaf və təfriqə salan bu şər qüvvə Hz.İbrahimlə oğlu Hz.İsmayılın qarşısına çıxmışdı. Ata öz oğlunu hər şeydən çox sevdiyi Allahına qurban kəsməyə aparırdı. Rəvayət olunur ki, göygöz bir yoldan ötən onların yanına düşüb gedir və yolda Hz.İbrahimdən arxada gələn azyaşlı İsmayıla "atan səni boğazlamağa aparır, ey qafil, özünü qorumayacaqsanmı, ata bildiyinə etirazını deməyəcəksənmi, qayıt bu yoldan, səni anana götürüm" deyib onu atasının üzünə ağ olmağa təhrik etmək istəyir. Onu qovan İsmayılsa adamın əl çəkmədiyini görüb yediyi xurmanın çərdəyini baş və orta barmaqlarının ucunda yerləşdirərək çırtma vururmuş kimi, həmin adama sarı atır, qəfildən atılan bu çərdək bu naməlum adamın bir gözünə girib onu kor edir...


Millətə XXI əsrin əvvəlində nağıl oxuyanın bu qədər çox olduğu bir ortamda niyyətim eyni şeyi etmək deyil. Topluma düşünmək zamanı gəlib yetişəndə ona kənardan fikir yayındırmaq üçün kifayət qədər yad nağılları oxunur zatən. Dədələrin bir sözündən belə düşüncə yolçuluğuna çıxmaq mümkündür. Gündə yüz kərə yad nağıllarını dinləyib çəpik çalan toplum bir dəfə də bizim bu "nağılımızı" dinləsin istəyirik.


Hz.İbrahim İsmayılın dünənidir, keçmişidir. İsmayıl sabahına yönəlik bir bugündür. Bugün öz dünəninin üzərində bərqərar olmazsa, sabahdan danışmağa dəyməz. Elə isə kimdir bu rəvayətdəki "göygöz yoldan ötən" obrazı ki, bu günü dünəninə qarşı çıxmağa təhrik edir, ona təməlsiz bir sabah vəd edir?
-------
HAŞİYƏ: Hər şeydən öncə, Hz.İbrahimi yad soylu, semit kökənli bilənlərə bunu öyrənmək gərəkdir ki, Hz.İbrahimin semit (cuhut-ərəb) soyuna aidiyyatı yoxdur. Atası son İlahi Kitabda "Azər" kimi xatırlanan, qədim mətnlərdə və dini ədəbiyyatda "TRK" şəklində qeyd olunan Hz.İbrahim (ə), din tarixi üzrə mütəxəssislərin və alimlərin yekdil rəyinə görə, miladdan öncə XXI yüzildə İkiçayarasında yaşamış, tarixi qərbi Azərbaycanın və bu günkü cənub-qərbi Türkiyənin Harran (Arran?) məntəqəsində doğulmuşdur. Təktanrıçılıq yolunda mübarizə aparıb İkiçayarası xalqını bütpərəstlikdən qurtarmış, zamanının Nəmrudu üzərində mənəvi qələbə çalmış bu müqəddəs insan sonradan yəhudi dediyimiz cuhutlara (semitlərə) haqq yolunu təbliğ etmək üçün qardaşı ilə birlikdə Fələstin bölgəsinə getmişdir. Onun təbliği ilə cuhutlar və ərəblər bu insanı özlərinə mənəvi ata kimi qəbul etmişlər. Bir insanın bu qədər toplumları və qövmləri hidayət yoluna gətirməsi həqiqətən böyük səbr və yüksək əzmkarlıq nümunəsidir. Oğlu Hz.İsmayılsa, ərəb qaynaqlarında və tarixində "ərəblərin dostu" ünvanıyla xatırlanır. Ərəbcəni 3 yaş yarımında ikən cürhumilərdən öyrəndiyi qeyd olunan Hz.İsmayıl (ə), ərəb tarixçilərinin fikrincə, Ərəbistanda atı ilk əhliləşdirən insan olaraq da görülür. Ayrıca, Arabi-aribi (əsl ərəblər və ya güney ərəbləri) və Arabi-mustaribə (ərəbləşmişlər və ya şimal ərəbləri) deyə iki qola ayrılan ərəblər arasında Hz.İsmayılın soyu şimal ərəblərinə daxil olub, gəlmə olduqları bildirilir...
Maraqlı faktlardan biri budur ki, erkən orta əsr ərəb mənbələri türkləri "İbrahim milləti" kimi qeyd edir. Bəsrəli Cahizin "Mənaqib əl-ətrak" (Türklərin fəzilətləri) adlı əsərində Xorasan türklərinin öz soykökləri barədə "biz kökümüzdə İbrahim Xəlilullahdan qeyrisini tanımarıq" dedikləri əks olunub...
-------
Keçmişə etdiyimiz bu qısa ekskursdan sonra Həcc mərasimində "şeytanı daşlama" ayinindəki bir məqama diqqəti cəlb etmək istərdim. Zəvvarlar bu
ayində "şeytan" qismində görülən simvolik sütuna atdıqları daşları baş və orta barmaqların uclarında yerləşdirərək çırtma vurmaq tərzində atırlar. Təfriqə salıb, "Adəm oğlunun önüdən, arxasından, sağından və solundan gələn" (Əraf surəsi, 17) şeytanı "kor etmək" ayini əslində müsəlmana bir şeyləri anlatmaq və onun tarixi-mifoloji yaddaşını bərqərar etmək üçündür.



"Kitabi-Dədəm Qorqud"dakı çobanımızın səhvindən törəyib Oğuz elinin başına bəla olan Təpəgözü xatırlatmağa ehtiyac varmı? Bir də yəhudilərin qədim Kabbala kitabında əks olunan "kor şeytan" obrazı var. Türk tədqiqatçı-alimi Hakan Yılmaz Çebi "Gizledilmiş Talmud yasaları: şeytanın muskası" adlı əsərində Kabbaladakı bu obraz barəsində yazır: «Shabriri ibranice «kör» demektir. Fakat «Rİ» en tehlikeli Yahudi şeytanlarından birinin adıdır. Bu şeytan uzun seneler evvel korkunç bir şekilde ölmüş, fakat ruhu serseri bir şekilde etraflarda dolaşmakta ve bugünlerde «YAHUDİ’NİN ALTIN ÇAĞI»nı başlatmak için kendini göstermek istiyormuş.» Deməli, «kor şeytan» sözü əslində yəhudiliyə xidmət edən şər qüvvəni ifadə edir və göründüyünə görə, bu unikal zərb-məsəli ilk dəfə söyləyib xalqın yaddaşına həkk etdirən ulu babamız hər kimsə çox aqil insan olub. Babalarımızın yəhudi-kahin düşüncə sisteminə «kor şeytan» deməsi, eyni zamanda, həmin adamların İlahi gerçəkləri görməyəcək dərəcədə kor olduğunu göstərmək məqsədi daşıyırdı.



Simvolikadan anlayan soydaşlarımıza bu yerdə Məkkədə Həcc mərasimində "şeytan daşlanan" sütunun analoqlarını göstərmək istəyirəm -- Misirdə, Nyu-Yorkda, Parisdə, Vatikanda, İstanbulda və dünyanın daha bir neçə mühüm məkanında yəhudiliyi ifadə edən Dikili Daşlar! Və nə hikmətsə, başımıza müsibət və fəlakətlər gətirmiş yad soyluların xatirəsi üçün işğal dövrlərində qoyulan abidələrdə də bu Dikili Daş ənənəsi diqqəti cəlb edir. Masonik simvolikada piramidanın təpəsində diqqət çəkən, dünya mediasını, telekanal reklamlarını, ABŞ əskinaslarını, eləcə də, bizimçün ən mühümü olan başkəndimizin bir çox yerlərini "bəzəyən" "tək göy göz" simgələrinin əlaqəsini və nə demək olduğunu isə dəyərli oxucunun düşüncəsinə buraxıram. Tarixi yaddaşımızda qalan daha bir "tək göz" simgəsi -- gözmuncuğu dediyimiz göy rəngdə daşdan düzəldilən əşyadır. Evlərdə asılan, körpə uşaqların yaxasına taxılan bu əşya, xalq inamlarına görə, kənar mənfi enerjini üzərinə götürmək və insana ziyan verməmək üçündür. "Bəd nəzərdən, göy gözdən" deyimi də xalqın yaddaşında özünə əbəs yerə həkk olunmayıb.


Axır zamanın əlamətlərindən biri kimi adı keçən Dəccalın "tək gözlü" kimi hədis qaynaqlarında keçməsini isə din və ilahiyyat üzrə mütəxəssislərə xatırlatmağa, zənnimcə, ehtiyac yoxdur. Aydın məsələdir ki, Mehdiyyət kimi, Dəccaliyyət də düşüncə sistemləridir və "tək gözü" daşıyan qüvvənin iç üzü açılıb ortaya qoyulmadıqca bu sistem yer üzündə meydan sulamaqda davam edəcək. Dədələrimizin hər addımda lənət oxuduğu bu qüvvə bu gün cəmiyyətin, telekanalların, və ən pisi, toplumun şüuraltının "baş köşəsində" oturub. Xidmətçiləri də öz işlərindədir...




Bir toplum olaraq, bu günkü durumumuza, babaların möhtəşəm keçmişiylə təzad təşkil edən halımıza diqqət yetirərkən bu yazılanları da düşünməkdə fayda var. Allah da bəndələrindən düşünmələrini və haqqı iqrar etmələrini istər...

"(Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər." /Qurani-Kərim, Əraf surəsi, 30/.

"Sizi yalnız o Şeytan öz dostlarıyla qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!" /Qurani-Kərim, Ali-İmran surəsi, 175/.

"İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla mücadilə edin! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!" /Qurani-Kərim, Ən-Nisa surəsi, 76/.







19.01.2015.

Комментариев нет:

Отправить комментарий