четверг, 25 сентября 2014 г.

BİZ və YÜKLƏRİMİZ



Yükümüz nədi? Bu suala cavab vermək elə də asan deyil. Bu yük İlahidən çiyinlərimizə qoyulan və çəkməkdən zövq almalı olduğumuz yükdən deyil. Bu yük ailənin, cəmiyyətin, toplumun mənəviyyat yaxud vicdan yükü də deyil.

понедельник, 6 января 2014 г.

AD QÖVMÜ MƏHV OLUBMU? II YAZI


AD QÖVMÜ BARƏDƏ GERÇƏKLƏR


Ad qövmü. Ad tayfası. Ad xalqı. Kimlər idi onlar? Kim idi bu qədər
qüvvətli, cüssəli, zəngin, inadkar, özünəarxayın, təkəbbürlü, başqalarına qarşı sərt, başqalarının qorxub çəkindikləri, yer üzünün bağ-bağatlı, çeşməli-sulu münbit torpaqlarından birində məskunlaşmış və sonunda ulu Tanrının rəhmətindən kənarda qalmış xalq? Mənşəyi nə idi, soyu nə idi bu qövmün? Haradır bu xalqın yeri-yurdu? Nə baş verib o məmləkətdə, o məkanda? Bir nişanə-əlamət qalıbmı o hadisədən, o xalqdan? Bu qövmdən geriyə kim və nə qalıb?

AD QÖVMÜ MƏHV OLUBMU? I YAZI



Müqəddəs Qurani-Kərimdə ulu Tanrını və onun qoyduğu yaşam qaydalarını təkzib edən, ruhi-mənəvi aşınmaya məruz qalan, ilahi dəyərlərə arxa çevirən və acı aqibətlə üzləşən xalqlardan çoxsaylı ibrətamiz ayələr vardır. İnsan övladı bəzən o qədər özündənrazı, özünəarxayın olub ki, onu yaradan Allahın daim onun nazıyla oynayacağını, nə günah desən edə biləcəyini və cəzasız qalacağını güman edib. Dərk etməyib ki, hər şeyin bir həddi, bir sınırı var və sınırın aşıldığı yerdə İlahi qəzəb deyilən bir şey gələr. “Əvvəli bir damla su, sonu isə ortalığa qoyulmuş bir leş olan insan” (sitat Hz.Əli (ə)-dandır) lovğalığından və təkəbbüründən yerə-göyə sığmayanda onu yaradanın varlığını belə unudur. “Həqiqətən, insan çox zalım, həm də çox nankordur” (Qurani-Kərim, İbrahim surəsi, 34-cü ayə).

"HÜ" GERÇƏYİ



İslamın ezoterik (batini) tərəfləri əsrlər boyu müsəlman cəmiyyətlərində düşünən beyinlərin diqqət mərkəzində olub. Sufi mistisizmi bu günədək müxtəlif elmi səviyyələrdə tədqiq olunmaqdadır. İslam yeganə dini inanc sistemidir ki, onun batini tərəfləri və mahiyyətindəki gizlinlər şəriət qaydalarından dəfələrlə çox və dərindir. Batini hikmətlərin böyük bir hissəsi isə cəmiyyətin bütün təbəqələrinin anlayacağı qədər sadə deyil, bu səbəbdən bir çox hikmətlər, bir çox həqiqətlər “aysberqin görünməyən tərəfində” olmaqla yalnız həmin ənginliklərə dala bilənlərə əyan olur.

DƏYƏRLƏRİMİZ VƏ ŞƏXSİYYƏTLƏRİMİZ



Millətin yüzillərdən bəri formalaşdırdığı dəyərlər sisteminə ayrı-ayrı tarixi şəxsiyyətlər də daxildir. Onlarsız bu dəyərlər natamam olur. Və millətin dəyərlərinin ortaya qoyulmasında rol alan tarixi şəxsiyyətlərə yersiz hücum da əslində həmin millətin öz varlığına hücum deməkdir.

İSLAM və HİRA MAĞARASI



“Onları və Allahdan başqa tapındıqları tanrıları tərk   
edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz 
sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin     
üçün fayda hazırlasın.”                                            

(Qurani-Kərim, Əl-Kəhf surəsi, 16-cı ayə).                


Gerçək İslamın mahiyyəti Hira mağarasına bağlıdır. Haradır Hira mağarası? Bəşəriyyətə son peyğəmbər olaraq gələn Hz.Muhəmməd (s) niyə ilk vəhyi məhz Hira mağarasında alıb? Nə gəzirdi peyğəmbər Hira mağarasında? İlk ayələr peyğəmbərə evində oturduğu əsnada, yuxuda ikən, karvanla səfərə çıxdığı zaman gələ bilməzdimi? Nədir bu mağaranın hikməti? Təəssüf ki, 1400 illik tarixi olan və bu gün sayı dünya üzrə bir milyardı çoxdan aşmış İslam ümmətində çox az adam bu sualların cavabını bilir.

TARİXİ YADDAŞIN BƏRPASI



“Yaxşı əməl sahibi olub özünü       
Allaha təslim edən, İbrahimin hənif 
millətinə tabe olan şəxsdən din       
 etibarilə daha gözəl kim ola bilər?  
Həqiqətən Allah İbrahimi (özünə)   
dost tutmuşdur!”                            

(Qurani-Kərim, Ən-Nisa surəsi,        
125-ci ayə).                                    


Babalarımızın tarixindən bilmədiklərimiz çox şey var. Üzərimizdə aparılan eksperimentlərlə bizi öz babalarımızın izlərini belə duya bilməyəcək bir duruma düşürüblər. Tarixi yaddaşı silinmiş millətlər artıq kütlədən fərqlənmir, onu hansı tərəfə istəsən yönləndirə bilərsən. Bizləri uzun illər boyu bu cür idarə etdilər. Tarixindən xəbərsiz bir kütlə kimi. İndi bu millətə gerçək kimliyini anlatmaq üçün alimlərin, ziyalıların və tədqiqatçıların hədəfdən yayınmadan gərgin çalışmalarına ehtiyac var.

воскресенье, 5 января 2014 г.

TARİXİMİZƏ YAMAQ -- SURAXANI ATƏŞGAHI


“Onların halı od yandıran şəxsin halına bənzər. 
Od ətrafındakıları işıqlandırdığı zaman Allah   
onların işıgını keçirər və özlərini zülmətdə         
qoyar, görməzlər.”                                                  
(Qurani-Kərim, Əl-Bəqərə surəsi, 17-ci ayə).

Bakı yaxınlığında adına Suraxanı Atəşgahı deyilən bir məbəd var. XIX əsrdə Bakıya ticarət məqsədilə gələn beş-üç Hindistanlı tacirin torpaqdan çıxan yanar odun yan-yörəsində tikdirdiyi yarı-karvansara formasında bir məbəd.

XOMEYNİ "MÜQƏDDƏSLİYİNƏ" BİR BAXIŞ



Gözəl bir deyim var, “böyük insanlar ideyaları, ortabab insanlar hadisələri, kiçik insanlarsa adamları müzakirə edər”. Hər zaman həqiqətə uyğun hesab etdiyim bu kəlamı nəzərdən qaçırmamağa çalışmışam, lakin bəzən cəmiyyətdə süni şəkildə şişirdilən “şəxsiyyət” obrazları insanı “kiçik söhbət” eləməyə məcbur edir.

QIZILBAŞLIQ VƏ AY-ULDUZ TƏSVİRİ



Tarixçilər nədənsə Səfəvilərin Şah İsmayıl
Xətai hakimiyyəti illərindəki dövlət bayrağı barədə yekdil fikirdə deyillər. Bu, əsasən həmin dövrə aid miniatürlərdə Səfəvi-Qızılbaş ordusunun bayraqlarının müxtəlif şəkildə təsvir edilməsi ilə əlaqədardır. Ümumən parlaq yaşıl rəngli parça üzərində Aypara təsviri ilə olan bayraq Səfəvilər dövlətinin rəsmi bayrağı kimi qəbul edilir, halbuki mənbələr bizə bundan bir qədər fərqli məlumatlar verir.

SÜNİ BAYRAMLAR, SAXTA SURƏTLƏR




“Onları öz dinləri barəsində düzəltdikləri uydurmalar
(iftiralar) aldadıb yoldan çıxartmışdır”                     

(Qurani-Kərim, Ali-İmran surəsi, 24-cü ayə).



Yad nəsnələrdən artıq boğaza yığılmışıq. “Bəşəri dəyərlər” yarlıkını da üstünə vurub bu millətə sırınan bir sürü yad dəyər var artıq Azərbaycan cəmiyyətində. İnsanlarımızın sanki şprislə beyninə yeridirlər bu “dəyərləri”. 1 yanvar, 14 fevral, 8 mart, 1 aprel, 1 may tarixlərinin əlamətdar gün kimi xeyri nədir bu millətə? Qeyd eləməyə əlamətdar tarixlərimizmi yoxdur? Xaçpərəst dünyası öz dinlərini cəlbedici qılmaq üçün nə qədər süni bayram və əlamətdar gün çıxarıbsa, hamısını Azərbaycana da transfer ediblər. Sanki sovetlərin "ruslaşdırma" çabaları azmış bu millətə, bir də başımıza "Vatikan corabları" hörülməkdədir.

ALLAHSIZ "TÜRKÇÜLƏR"



Dəyərli oxucu təəccüblənməsin, XXI əsrin ilk onilliyinin tamamında Azərbaycanda yeni növ “türkçülər” peyda olmağa başlayıb. “Görəcək günlərimiz varmış!” deyib üstündən keçmək olardı, amma babalarımızın min illərdən bəri apardıqları İlahi savaşlar, Tək Tanrı uğruna tökülən qanlarımıza yazıq olardı o zaman. Gərçi Azərbaycanda zaman-zaman spontan olaraq, qeyri-ixtiyari ərsəyə gəlib ortaya çıxan türkçü hərəkatda hər cür qeyri-ənənəvi yönə, səmtə, axına nə bilim cərəyana rast gəlinib – avestaçı türkçülər, atəşpərəst türkçülər, şamanist türkçülər, xristian türkçülər, sosialist türkçülər, türkçü masonlar, krişnait türkçülər, hansısa proletariat nümayəndəsini özlərinə “ata” eləyib ona inanan türkçülər ... Ancaq inkişaf və tərəqqi əsri deyilən yüzilliyin başlanğıcında bu qədəri də gözlənilmirdi. 

суббота, 4 января 2014 г.

8 MART – QADINLAR GÜNÜ YOXSA YƏHUDİLƏRİN PURİM BAYRAMI?


“Ey kitab əhli, nə üçün bilə-bilə
haqqa yalan donu geyindirir və
doğrunu gizlədirsiniz?”              

(Ali-İmran surəsi, 71-ci ayə).     

     "8 mart" tarixinin 1910-cu ildə Kopenhagen şəhərində keçirilən kommunist qadın internasionalının toplantısında "beynəlxalq qadınlar günü" elan olunması ideyası, çoxlarına məlumdur ki, Klara Setkin (Eysner) adlı yəhudi qadına məxsusdur. Bu qadının yaşam tarixçəsindəki əxlaqdankənar həyat tərzini və bir çox digər müəmmalı məqamları bir kənara qoyaraq bu yazıda sırf 8 mart gününün tarixi barədə gerçəkləri dəyərli oxuculara təqdim etmək, araşdırmalar nəticəsində ortaya çıxan bir sıra incə mətləblərlə onları tanış etmək istəyirəm.

пятница, 3 января 2014 г.

QƏRBİ ZODİAK BÜRCLƏRİ VƏ QƏDİM OĞUZLAR





                                                                                                       “Biz səmada bürclər yaratdıq, 
                                                                                                     onları baxanlar üçün bəzədik.” 
                                                                                                     (Qurani-Kərim, Əl-Hicr surəsi, 
                                                                                                      16-cı ayə).                           

Bu gün dünyada bir çox insanın gündəlik olaraq maraqlandığı və bu baxımdan da astrologiyanın ən populyar sahəsi hesab olunan Qərbi Zodiak bürcləri, çox maraqlı və eyni zamanda da sevindiricidir ki, onun mükəmməl bilicilərindən biri olmuş qədim Oğuzların izlərini özündə gizlətməkdədir. 

"BİG BANG" NƏZƏRİYYƏSİ ŞAH İSMAYIL YARADICILIĞINDA



Şah İsmayıl Xətai. Andre
Trevenin əsəri. 1584-cü il.
    Çoxlarına təəccüblü gəlsə də, Şah İsmayıl Xətainin ədəbi yaradıcılığında kainatın yaradılış fəlsəfəsi ilə bağlı çox unikal məlumatlara rast gəlinir. Bu məlumatlar yazıldığı dövrdən bir neçə yüz il sonra elmi-texnoloji nailliyyətlər sayəsində ortaya çıxmış və təsdiqlənmiş müddəalarla eyniyyət təşkil edir. Bu yazıda həmin maraqlı məlumatlardan biri haqda danışmağı lazım bilirik.

"BİSMİŞAH" DEYƏN ŞAH BABAMIN RUHUNA

Xətaiyəm, ağ atluyam,
Sözi şəkkərdən datluyam,
Mürtəza Əli zatlıyam,
Qazilər deyən Şah mənəm!




Çox az adamın taleyinə 2 yaşında ikən qolunda qandal, ətrafında məhbəsin soyuq divarlarını görmək yazılıb. Bundan daha az insan var ki, 8 yaşı olmamış ata-anasını, qardaşlarını bir-bir itirərək onların öldürülməsinə şahid olsun, atasının kəsik başını əlinə almaq əzabını yaşasın, ailəsində bir nəfər belə qalmasın. Çox cüzi insan var ki, ömrün məşəqqətləri onu yeniyetmə ikən bu qədər püxtələşdirib 30 yaşlı biri kimi yetişdirsin. Bundan daha az sayda insana rast gəlinər ki, illər uzunu hər kəsdən gizlədilə-gizlədilə elmin sirlərinə vaqif olub özünü gələcək mübarizəyə hazırlasın.